Rus ordusunda xidmət etmək “eşqinə düşüən” qızın başına gələnlər...

...Deməli, rus əyalətlərindən olan bir qız Rusiya Silahlı Qüvvələrində xidmət etmək “eşqinə düşüb”.

Və elə bu məqsədlə də, portal vasitəsilə hərbi xidmət üçün müraciət edib.

SİA-nın əldə etdiyi məlumata görə, bir neçə gün sonra naməlum şəxs onunla əlaqə saxlayıb, sənədlə bağlı məlumatı dəqiqləşdirib və ona mobil nömrə verib.

Bundan sonra stansiyada görüş yerini dəqiqləşdirərək qıza Moskvaya gəlməsini tapşırıb.

...Böyük “ümidlərlə” Moskvaya gələn qızı paytaxtda Perm qatarına mindiriblər. Mənzil başına çatan qız, bu dəfə adamla dolu avtobusa keçirilib.

Və bundan sonra avtobus onların hamısını tərk edilmiş bir binada yaşamalı olduqları fermaya gətirib.

...Bir neçə gün sonra naməlum şəxslər qıza bildiriblər ki, “rəhbərlik hələlik burada olmadığına görə”, “müvəqqəti olaraq” quşçuluq fermasında işləməli olacaq.

...Aldadıldığını başa düşən qız, çətinliklə də olsa hasardan dəlik açaraq qaça bilib.

...Qeyd edək ki, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 127.2-ci maddəsinə əsasən, köləlik mülkiyyət hüququna xas olan səlahiyyətlərin həyata keçirildiyi şəxsin əməyindən istifadə edilməsidir.

Bu maddədə nəzərdə tutulmuş cinayət məcburi əmək və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Xatırladaq ki, bundan əvvəl Tula vilayətindəki fermada 10 nəfər, o cümlədən xüsusi əməliyyatın iştirakçısı olduğu iddia edilən bir nəfər də köləliyin qurbanına çevrilibmiş.

Belə ki, onların pasportlarını əlindən alıb, döyüb, alma yığmağa məcbur edirmişlər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə