Keir Starmer Ağ Evdə Co Bayden ilə görüşüb

Böyük Britaniyanın Baş naziri Keir Starmer Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşüb. SİA xəbər verir ki, danışıqlar Ağ Evdəki mavi otaqda keçirilib. Liderlərin Ukraynanın Rusiya daxilində uzaqmənzilli silahlardan istifadəsinə icazə verilib-verilməməsini müzakirə edəcəyi gözlənilir.

Keir Starmer görüşə görə Baydenə təşəkkür edib və iki ölkə arasındakı xüsusi münasibətlərə diqqət çəkib.

Co Bayden görüş zamanı Yaxın Şərqdə münaqişəyə son qoymaq üçün razılaşmanın təmin edilməsi üzrə işləri müzakirə edəcəklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə