Türkiyəni iflas dalğası vurmaqdadır..?

Ölkədə minlərlə tikinti və tekstil şirkəti bağlanıb...

…Türkiyədə 2024-cü ilin yanvar-avqust aylarında 15 min şirkət müflis olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28 faiz çoxdur.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Reuters” Türkiyə Ticarət Palataları və Birjalar İttifaqının məlumatlarına istinadən yazır.

Həmçinin, “konkordatotakip.com” monitorinq agentliyinin məlumatına görə, ilin ilk səkkiz ayında 982 şirkət borclardan ilkin məhkəmə müdafiəsi alıb ki, bu da ötən illə müqayisədə təxminən iki dəfə çoxdur.

Əməliyyatların davam etdirilməsi üçün banklara və tədarükçülərə borc ödənişlərinin dayandırılması, habelə iflas prosedurları üçün ən çox müraciət tikinti və tekstil şirkətləri tərəfindən verilib.

Türk şirkətləri üçün problemlər Mərkəzi Bankın yüksək uçot dərəcəsi və yüksək inflyasiya səbəbindən yaranır.

Son bir ildə Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini 41,5 faiz bəndi qaldırıb. 50 faizə qədər, bu da biznes kreditlərini çox bahalaşdırıb. Bu tədbirlər ilin əvvəlində 75 faiz olan inflyasiyanın avqustun sonunda 52 faizə qədər azaldılmasına yönəlib.

Yüksək inflyasiya elektrik enerjisi və qazın qiymətlərini artıraraq biznes xərclərini artırıb. Xərclərə əlavə olaraq minimum əmək haqqının artırılması olub.

Türk şirkətləri də ixrac sifarişlərində azalma ilə üz-üzədir, xüsusən də artıq Vyetnam və Banqladeş şirkətləri ilə rəqabəti uduzmuş geyim istehsalçıları üçün…

Xatırladaq ki,Türkiyə dünyanın ən böyük beş geyim istehsalçısından biridir və aparıcı Avropa brendlərinin mühüm təchizatçısıdır.

Agentlik qeyd edir ki, kütləvi iflaslar zəncirvari reaksiyaya səbəb olur, bütün iqtisadiyyatda ödənişləri yavaşlatdır və ya dayandırır. Təbii ki, bu da işsizlik nisbətini artırır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə