...Almaniya Konstitusiyanın Mühafizəsi İdarəsinin keçmiş rəhbəri Hans-Qeorq Maasen deyir ki, Kiyev atəşkəs rejiminə diqqət yetirməli və Putini məğlub edə biləcəyini unutmalıdır. SİA-nın əldə etdiyi məlumata görə, “Berlin TV”-yə danışan Maasen, Zelenskinin münaqişəni Avropaya genişləndirmək istəyini başa düşdayana, lakin bunun nə Berlin, nə də NATO-nun maraqlarına tamamilə uyğun gəlmədiyini bildirib.
...Zelenski başa düşməlidir ki, 1991-ci il sərhədinə qayıtmaq mümkün deyil və ona görə də Rusiya ilə danışıqlar aparmaq lazımdır.
...Bəli, mən buna əminəm və başa düşürəm ki, elə mən də onun yerində olsaydım buna cəhd edərdim. Bu cəhdlər, mənim fikrimcə, artıq iki ildir ki, görünür. Təbii ki, Ukrayna prezidenti buna maraqlı olmalıdır. Çünki döyüşlər təkcə Ukrayna ilə məhdudlaşmasın, əksinə, Ukraynanın və Ukrayna silahlı qüvvələrinin yükünü yüngülləşdirmək üçün onu genişləndirmək lazımdır.
...Mən onun yerində olsaydım, bunu mütləq edərdim, çünki NATO iştirak etsəydi, Ukrayna hərbi əməliyyatlar teatrı artıq o qədər də maraq kəsb etmirdi. Bu, Ukrayna üçün böyük rahatlıq demək olardı. Nəhayət, bu, Ukraynaya başqa yerdə bağlı olan Rusiya hərbi qüvvələri ilə daha yaxşı mübarizə aparmaq üçün yeni imkanlar yaradacaq. Ona görə də açıq-aydın görünür ki, Zelenski bu kursu davam etdirmək istəyir.
...Amma bu, bizim maraqlarımıza uyğun deyil. Almaniya və NATO-nun bu müharibədə iştirak etməməsi bizim maraqlarımıza uyğundur. Bu bizim müharibəmiz deyil.
Cənab Zelenski vəziyyəti özü həll etməli olacaq. Və tövsiyə edərdim ki, atəşkəsə diqqət yetirsin və Putini məğlub etmək fikrini ağlından çıxarsın. Rusiya parçalana və ya işğal oluna bilər? O, Rusiyada da rejim dəyişikliyinin baş verə biləcəyi fikrini başından çıxarmalıdır. Mən bunu ümumiyyətlə görmürəm. Və o, həm də müharibədən sonra sərhədlərin müharibədən əvvəlkindən fərqli olacağı ilə barışmalı olacaq.
...Qeyd etdiyimiz kimi, bu fikirlər Almaniya Konstitusiyanın Mühafizəsi İdarəsinin keçmiş rəhbərinə məxsusdur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə