Peskov ABŞ-ın vurulan pilotsuz kəşfiyyat təyyarəsi barədə eşitməyib

Bu arada Kreml Qara dəniz üzərində vurulduğu iddia edilən Amerika pilotsuz təyyarəsi ilə bağlı məlumatı təsdiqləməyib. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun belə bir hadisə ilə bağlı məlumatı olmadığını bildirib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Telegram kanalları ABŞ-ın “Global Hawk” kəşfiyyat pilotsuz təyyarəsi ilə insidentlə bağlı xəbərlər yayıb.

Bəzi məlumatlara görə, pilotsuz təyyarə vurulmayıb, hava məkanından məcburi şəkildə çıxarılıb.

Versiyaların heç biri hələ ki, rəsmi təsdiqini almayıb.

Hərbi müxbirlərin bir gün əvvəl yazdığı kimi, Ukrayna Silahlı Qüvvələrinin Sevastopola hücumu zamanı Amerikanın “Global Hawk” PUA-sı Krımın cənub-şərqində Qara dəniz üzərində hava məkanında olub.

“Flightradar24” xidmətinin məlumatına görə, 11-2046 quyruq nömrəli və FORTE10 çağırış işarəli pilotsuz təyyarə İtaliyadakı Siqonella aviabazasından havaya qalxıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə