Putin rus qoşunlarının Ukraynadan çıxarılması ilə bağlı danışıb...

...Kiyev danışıqlar üçün belə şərt qoysa, Rusiya qoşunlarını xüsusi əməliyyat zonasından çıxarmayacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

Putin Vyetnamda jurnalistlərlə söhbəti zamanı deyib: “Əgər Kiyev Moskva ilə danışıqları Rusiya qoşunlarının çıxarılması ilə əlaqələndirirsə, bu, heç vaxt baş verməyəcək”.

...Və bununla yanaşı, Rusiya lideri, Moskvanın heç vaxt Ukrayna ilə sülh danışıqlarından imtina etmədiyini də bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə