Latviya öz qoşunlarının Ukraynaya göndərilməsinə icazə verə bilər

Şimali Atlantika Alyansının (NATO) üzvləri bu məsələdə konsensusa gələrsə, Latviya Ukraynaya qoşun yeritmək imkanını nəzərdən keçirməyə hazırdır.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyinin nümayəndəsi Tagesschau telekanalının efirində bildirib.

“Əgər NATO müttəfiqləri arasında Ukraynaya qoşun yeritmək barədə razılıq əldə olunarsa, Latviya iştirak etməyi nəzərdən keçirəcək”, - Baltikyanı ölkənin müdafiə nazirliyinin sözçüsü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB