Fransada qar uçqunu olub - ölənlər var

Fransanın mərkəzindəki Puy-de-Dom departamentində qar uçqunu nəticəsində bir neçə xizəkçi həlak olub. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "France Bleu" radiostansiyası məlumat yayıb.

Məlumata görə, doqquz nəfərlik qrupdan 4-ü qar uçqunu altında qalıb, qrup üzvlərindən həmçinin 3-ü yüngül xəsarət alıb. Digər iki nəfər hər hansı xəsarət almayıb. Ölənlərdən biri qrupu müşayiət edən bələdçidir.

Bütün xəbərlər Facebook səhifəmizdə