Avstraliya Rusiyaya qarşı sanksiyaları genişləndirib

Avstraliya düz iki il əvvəl Ukraynaya təcavüzünə cavab olaraq Rusiyaya qarşı sanksiyaları genişləndirib.

Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların deportasiyası ilə məşğul olan 55 nəfərə qarşı yeni maliyyə sanksiyaları və Avstraliyaya giriş qadağası tətbiq edilib.

Avstraliya həmçinin Rusiya iqtisadiyyatının müdafiə, enerji, mədənçıxarma və media sektorlarında fəaliyyət göstərən 37 təşkilata, o cümlədən Belarus, İran və Şimali Koreyada Rusiyanın satınalma şəbəkələrində iştirak edən şirkətlərə qarşı pul sanksiyaları tətbiq edib.

Ümumilikdə, Ukraynadakı müharibə illərində Avstraliya Rusiya ilə əlaqəli 1200 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ötən həftə Avstraliya hakimiyyəti prioritet hərbi imkanların alınmasını dəstəkləyərək Ukraynaya daha 50 milyon dollar ayırdığını elan etdi.

Avstraliyanın Ukraynaya ayırdığı ümumi məbləğ artıq təxminən 960 milyon dollar təşkil edib ki, bunun da 780 milyonu hərbi ehtiyaclara yönəlib.

...Avstraliya bir daha Rusiyanı və onun tərəfdarlarını bu mənasız müharibəni dərhal dayandırmağa çağırır. Bu gün və hər gün Avstraliya Ukraynanın və onun xalqının tərəfindədir.

Qeyd edək ki, bu Avstraliya Xarici İşlər Nazirliyinin press-relizində deyilir.

Xatırladaq ki, bundan əvvəl ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və Kanada Rusiyaya qarşı sanksiyaların Ukraynaya müdaxiləsinin ikinci ildönümü ilə bağlı genişləndiyini elan ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə