Almaniyada etiraz aksiyası keçirilib

Almaniyanın Gera şəhərində bir neçə yüz nəfər yerli xəstəxananın binasında qaçqınlar üçün yeni sığınacaq açmaq planlarına etiraz olaraq aksiya keçirib. SİA xəbər verir ki, bu barədə “DPA” agentliyi məlumat yayıb. Aksiya yerli “sağçı ekstremistlər” tərəfindən təşkil edilib. İştirakçılar həmçinin 70 avtomobilin iştirak etdiyi yürüş keçiriblər. Aksiya zamanı hər hansı insident qeydə alınmayıb.

Federal Miqrasiya və Qaçqınlar İdarəsinin məlumatına görə, 2023-cü ilin əvvəlindən noyabrın sonuna kimi Almaniyaya 300 mindən çox sığınacaq axtaran şəxs gəlib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 60% çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə