İsrail xüsusi təyinatlıları Fələstin məktəbində pusquya düşüb

İsrail hərbçiləri Qəzzada İzzəddin Əl-Qəssam Briqadasının (HƏMAS-ın hərbi qanadı) yaraqlılarının qurduqları tələyə düşüblər.

SİA TASS-a istinadən xəbər verir ki, İsrail xüsusi təyinatlılarının Hay-əz-Zeytun məhəlləsini təmizləyən dəstəsi əvvəllər minalanmış məktəblərdən birinə daxil olub.

Bundan sonra yaraqlılar partlayıcıları işə salıb, nəticədə azı 10 İsrail əsgəri ölüb və yaralanıb.

Bundan əvvəl İsrail ordusunun Qəzza zolağında Ədliyyə Nazirliyi və Ali Məhkəmənin binasını partlatdığı bildirilirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə