Putin hərbi qulluqçuların sayını artırır

Rusiya prezidenti Vladimir Putin Rusiya ordusunun sayının artırılması haqqında fərman imzalayıb.

SİA-nın əldə etdiyi məlumata görə, müvafiq məlumat Kremlin saytında dərc olunub.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin ştat səviyyəsini 2 209 130 vahid, o cümlədən 1 320 000 hərbi qulluqçu təşkil etsin.

Sənəddə belə deyilir.

Prezidentin 2022-ci ilin avqustunda dərc edilmiş əvvəlki fərmanına əsasən, Rusiya ordusunun sayı bir milyon 150 min nəfəri keçib, buna görə də Rusiya ordusunun şəxsi heyəti təxminən 150 min hərbi qulluqçu artırılacaq.

Bu sənəd “Müdafiə haqqında” federal qanun əsasında imzalanıb. Sərəncamın icrası üçün hökumətə Müdafiə Nazirliyinə büdcədən vəsaitin ayrılmasını işləyib hazırlamaq tapşırılıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə