Çeçenistan rəhbəri Ramzan Kadırovun 24 yaşlı qızı Ayşat Çeçenistan Respublikası baş nazirinin sosial məsələlər üzrə müavini olacaq. Bu təklifi Çeçenistan parlamentinin sədri Müslüm Xuçiyev respublika hökumətinin geniş tərkibdə iclasında irəli sürüb. Ramzan Kadırov bu qərarı təsdiqləyib.
SİA-nın əldə etdiyi məlumata görə, Ayşat Kadırova 21 yaşından Çeçenistanın mədəniyyət nazirinin müavini olub, bir ildən sonra isə özü nazir postunu tutub.
O, Respublikanın əməkdar mədəniyyət işçisi fəxri adını daşıyır. Bundan əlavə, “Vətənə xidmətə görə” ordeni, “İnsan hüquqlarının müdafiəsinə görə”, “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalları alıb.
...Və özünü elan etmiş “Donetsk Xalq Respublikası”ndan “Dostluq” və Çeçenistanın ən yüksək mükafatı - Kadırov ordenləri ilə təltif edilib.
“...Əlbəttə ki, Ayşat Kadırova regional Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsinə böyük töhfə verib və mühüm iş təcrübəsi toplayıb”.
Bunu Ramzan Kadırov Teleqram kanalında yazıb.
Qeyd edək ki, Ramzan Kadırovun onlarla qohumu bu gün Çeçenistanda tanınmış dövlət vəzifələrində çalışırlar. 2018-ci ildə BBC Rus Xidmətinin hesablamalarına görə, Çeçenistandakı 158 böyük məmurun 30 faizi region rəhbərinin qohumlarıdır.
Yeri gəlmişkən Aişat Kadırovanın əri Visxan Matsuev bu ilin iyulunda respublika hökumətinin baş nazirinin müavini və kənd təsərrüfatı naziri olub.
Fevral ayında Kadırovun qardaşı oğlu Həmzət baş nazirin başqa bir müavini oldu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə