İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 89 min insanın yaşadığı Tual şəhərindən 376 kilometr cənub-qərbdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə