İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib

22 Sentyabr 2023 22:17 (UTC+04:00)

İndoneziya sahillərində 5,7 bal gücündə zəlzələ qeydə alınıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 89 min insanın yaşadığı Tual şəhərindən 376 kilometr cənub-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.