...Bu arada Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna pilotsuz təyyarələrinin Rusiyaya hücumundan danışıb.
SİA-nın əldə etdiyi məlumata görə, onun dediklərini Belarusun “Belta” xəbər agentliyi yayımlayıb.
Deməli, Lukaşenkonun dediyinə görə, irəli-geri uçan dronlar bu gün çox çətin, özü də yeni bir məsələyə çevrilib. Belarus prezidenti bununla necə mübarizə aparmağı düşündüyünü də etiraf edib.
Maraqlıdır ki, pilotsuz təyyarələri “dəhşətli silah” adlandıran Belarus lideri, anti-dron silahların yüz milyonlarla rubla başa gəldiyini də bildirib.
“...Beləliklə, mən indi düşünürəm: meliorasiya aparaq, becərək, yeni torpaqlar tətbiq edək yoxsa bu dronlarla mübarizə aparaq..?”
Qeyd edək ki, Lukaşenko bunu heyvandarlığın inkişafına dair respublika seminar-müşavirəsinin plenar iclasında deyib.
Yeri gəlmişkən, Lukaşenko bir qədər əvvəl Ukrayna ilə Polşa arasındakı münaqişənin səbəbini açıqlayaraq, “Zelenskini qurtarmaq” üçün xaricdən “start” verildiyini demişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə