...Belqorod vilayətinin Ukrayna ilə həmsərhəd Belyanka kəndində naməlum obyekt paraşütlə endirilib və mütəxəssislər onu tədqiq edirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə bazar günü, mayın 28-də Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram-da məlumat verib.
Beləliklə rayon rəhbərinin dediyinə görə, Belyanka kəndində fərdi yaşayış binasının yanında naməlum obyekt paraşütlə endirilib. Qladkov hazırda ərazinin mühasirəyə alındığını və istintaq-əməliyyat qrupu işləyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Qladkov, Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətinin Şebekinski rayonunu atəşə tutması zamanı 70 mənzil və 6 fərdi evə ziyan dəydiyini bildirmişdi. O, artilleriya zərbəsi zamanı iki iri müəssisə, üç ticarət obyekti və 12 avtomobilə ziyan dəyini də əlavə etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB