Pensiya islahatlarına qarşı etiraz nümayişləri davam edir - FRANSADA

Fransada pensiya islahatlarına qarşı etiraz nümayişləri davam edir. Həmkarlar İttifaqlarının çağırışı ilə 10-cu ümummilli etiraz nümayişində Daxili İşlər Nazirliyinə görə 740 min, Həmkarlar İttifaqlarına (CGT) görə isə 2 milyondan çox nümayişçi iştirak edib. SİA xəbər verir ki, Fransada pensiya islahatını Konstitusiyanın 49,3 maddəsi ilə qəbul edildikdən sonra hökumətə qarşı qəzəb səngimir. Parisdə, eləcə də digər şəhərlərdə polis və nümayişçilər arasında toqquşma baş verib. Bir çox şəhərdə polis su şırnağından və gözyaşardıcı qazdan istifadə edib.

Parisdə 27 nümayişçi saxlanılıb, 10 min yoxlama aparılıb.

Fransa paytaxtında Eyfel qülləsi, Versal sarayı, Zəfər tağı kimi abidələr işçilərinin tətil etdiyindən bağlı olub. Nümayişin sonunda aprelin 6-ı 11-ci səfərbərlik günü elan edilib.

Baş nazir Elizabet Born həmkarlar ittifaqlarını aprelin 4-də və ya 5-də danışıqlara dəvət edib.

Bütün xəbərlər Facebook səhifəmizdə