Az qala adamın yadına “sizə olar, bizə yox!” deyimi düşür

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının əsas missiyasının iflasa uğradığını açıqlayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Zaxarova ATƏT-in Avropada təhlükəsizlik və əməkdaşlığın təmin edilməsi üzrə əsas missiyasında uğursuzluğa düçar olduğunu deyib: “Onilliklər ərzində yaradılmış qüvvələr balansının və qarşılıqlı fəaliyyətin arxitekturasını pozan isə bəzi xarici qüvvələr deyil, məhz ATƏT-in qərb qanadı olub”.

Zaxarovanın sözlərinə görə, ATƏT guya birbaşa vəzifələrindən başqa hər şeyi edir. Məsələn, Asiya və Koreya yarımadası ilə heç bir əlaqəsi olmadığı halda bu yaxınlarda keçirilən sammitdə Koreya məsələsini müzakirə etmək qərarına gəlib.

Qərblilərin coğrafiya ilə yaxşı işləmədiklərini faktını artıq başa düşdük, deyən Rusiyanın XİN səlahiyyətlisi, nə Şimali, nə də Cənubi Koreyanın ATƏT-lə heç bir əlaqəsi olmadığını, yəni bu ölkələrin təşkilata üzv olmadıqlarını bildirir.

Yeri gəlmişkən, ötən gün BMT-nin ukraynalı qadınların zorlanması ilə bağlı “ikiüzlü mövqeyini” tənqid edən Zaxarova təşkilatın Avropada Ukraynadan olan qaçqınlara qarşı zorakılıq probleminə niyə göz yumub, yüksək səslə Rusiya ordusunu günahlandırdığını soruşub.

Maraqlıdır ki, Mariya Zaxarovanın dediyindən az qala adamın yadına “sizə olar, bizə yox!” deyimi düşür.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə