Britaniya Ukrayna üçün 10 vertolyot ekipteri hazırlayıb

Bu arada Böyük Britaniya Ukrayna üçün 10 vertolyot ekipteri hazırlayıb ki, onlar da tezliklə döyüş helikopterləri ilə Ukrayna silahlı qüvvələrinə qoşularaq mübarizə aparacaqdır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Britaniyanın Müdafiə Nazirliyi tərəfindən Ukrayna əsgərlərinin hərbi təlimlərindən bir video nəşr olunduğu bildirilib.

Qeyd olunur ki, son altı həftədə Ukrayna ekipajları Birləşmiş Krallıqda təlim keçib.

Verilən məlumatlara görə, “Sea King” helikopterləri Silahlı Qüvvələrə axtarış və xilasetmə əməliyyatları aparmağa kömək edəcəkdir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə