Müasir dünyanı kompüterlər, informasiya texnologiyaları və internetsiz təsəvvür etmək çətindir.
Bu gün planetimizin əhalisinin demək olar ki, 96%-nin sosial şəbəkələrə çıxışı var. İstifadəçilərin sayına görə, "facebook" birinci yerdədir və təxminən 1,5 milyard insan istifadə edir. Alimlər hesablayıblar ki, istifadəçinin gündə ən azı iki dəfə hesabına daxil olduğu halda sosial şəbəkədə keçirdiyi minimum vaxt 3 saatdır. Sosial şəbəkələr müxtəlif şəhər və ölkələrdə yaşayan iş həmkarları, qohumları və dostları ilə ünsiyyət qurmaq imkanı verir.
Bununla yanaşı, sosial şəbəkələr öyrənmə prosesində çox kömək olur. Onların köməyi ilə mühazirə qeydləri, laboratoriya işi üçün tapşırıqlar və digər faydalı məlumatlar mübadiləsi edə bilirik. Müəyyən bir mövzu icmasına qoşulmaq və tarixə dair ətraflı məlumatlar öyrənmək və ya xarici dil biliklərini artırmaq da mümkündür.
Sosial şəbəkələr beynəlxalq əlaqələr qurmaq, yerli sakinlərdən özünüzlə nə aparmağı, orada iqlimin necə olduğunu, hara getməyi öyrənməyə imkan verir. Bir çoxları hətta başqa ölkələrin vətəndaşları ilə dostluq edir.
Sosial şəbəkələrin müsbət cəhətlərlə yanaşı bir çox mənfi cəhətlər də vardır. Ora çox meyilli olan uşaqlar real dünyada ünsiyyət qurmağa çətinlik çəkirlər. Fobiyaların inkişafına səbəb olur. Əsl tanışlıq etməkdən qorxurlar. Kompüterdə vaxt axını vizual olaraq yavaşlayır. Bunun real həyata və insan fəaliyyətinə mənfi təsiri sağlam həyat tərzinin olmaması, məktəbdə aşağı qiymətlər, həqiqi dostlar və ailə ilə problemlərin olmasıdır.
2022-ci ildə olunan qlobal sorğu göstərir ki, onlayn dünyanın çox hissəsi COVID-19 kilidləmələrindən əvvəlkindən daha sürətli böyüməyə davam edir. Bu hesabatı araşdırdıqda və dünyada rəqəmsal sahənin vəziyyəti ilə bağlı ən mühüm rəqəmləri və nəticələri təqdim olunmuşdur.
Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) yeni hesabatında dünyadakı ən sürətli internet əlaqələrinə sahib ölkələrin adları açıqlanıb.
Dünya üzrə Cənubi Koreya interneti həm sürəti, həm iqtisadi və yeni nəsil mobil xidmətləri ilə ön sıradadır. Cənubi Koreyada internetin bu qədər yüksək sürətdə olmasının digər bir səbəbi isə inkişaf etmiş texnologiya sektorudur. Ölkənin demək olar ki, hər yerində sürətli internet tapmaq mümkündür.
Hesabatda Amerika Birləşmiş Ştatları 15-ci sırada, Türkiyə isə 69-cu sırada yer alıb. Bu hesabat, internetin sürəti, sabit internet abunəçi sayı və kompüter olan evlərin faizini əhatə edən xüsusi ICT Development Index (IDI) ilə ölçülür. Ölkələrə 10 ballıq sistemlə qiymət verilir. Cənubi Koreya 10 ballıq şkala ilə 8.93 balla qiymətləndirilərək ilk sıradadır.
Ən sürətli internetə sahib digər ölkələr -Danimarka 8.8, İslandiya 8.86, İngiltərə 8.75, İsveç 8.67, Türkiyə 5.58 hesabatda yer alıb.
Bəzi ölkələrdə hələ interneti yalnız əyləncə kimi baxırlar, bir çox ölkələrdə vardır ki, orada interneti professional sahədə istifadə olunur. İnternetin yaranması XX əsrin ikinci yarısına təsadüf edir. Bu sahədə iki ölkə – ABŞ və Böyük Britaniya mütəxəssislərinin rolu böyükdür. Çünki bu mütəxəssislərin sayəsində bu gün bütün dünyayla əlaqə saxlaya bilirik.
İlk dəfə ABŞ və Böyük Britaniyada yaranan internet dünya məkanında geniş yayıldıqdan sonra, bir çox ölkələrin cəmiyyətlərinə təsiri olduğu kimi, Azərbaycana da öz təsirini göstərmişdir.
Bu gün dünyada insanların üçdə ikisindən çoxu (67,1%) mobil internetdən istifadə edir, 2022-ci ildə 5,31 milyard unikal mobil internet istifadəçisi olmuşdur. Ötən ilin əvvəlindən bu artım 95 milyon istifadəçi təşkil edib.
2021-2022-ci illərdə baxanda artım rəqəmlərinin yeni məlumatlar əldə olunduqdan sonra daha yüksək olacağı ehtimalı çox yüksəkdir. Ancaq elə ölkələr də var ki əhalinin xeyli hissəsi internetdən uzaqdır.
Afrikada demək olar ki, 840 milyon insan hələ də internetdən istifadə etmir. Eyni zamanda, Çinin bütün onlayn istifadəçilərinin təxminən beşdə birini təşkil etməsinə baxmayaraq, 400 milyondan çox çinli hələ də internetə qoşulmayıb.
Çində dünya internet istifadəçilərinin təxminən 20%-i yaşayır, ona görə də ölkənin sosial media istifadəçilərinin qlobal reytinqlərə bu qədər böyük təsir göstərməsi təəccüblü deyil.
Bəs ölkəmiz internetdən nə dərəcədə yararlanır?
Azərbaycandakı internet istifadəçiləri əsasən paytaxt Bakı ətrafında birləşmişdir. Bir mənalı olaraq demək olar ki, Azərbaycanda internet istifadə edən istifadəçilərin çoxu əyləncə məqsədi üçün istifadə edir.
Bundan başqa Azərbaycanda istifadə olunan saytlara baxsaq demək olar ki, əyləncə saytları elmi və digər sahədə olan saytlardan həm reytinqə görə yüksəkdir, həm də sayca əyləncə saytlarının sayı həddindən artıqdır. Məsələn, müxtəlif ölkələrin bədii ədəbiyyatları ilə tanış olmaq, şəxsi veb səhifələr və bloglar qurmaq və istifadə etmək, istənilən məlumatı tapmaq imkanı və s.
Dünyanın ən böyük axtarış sistemi olan "google"da biz istənilən adla nəsə axtarış verdikdə istədiyimiz məlumatı əldə edə bilirik. Amma təbii ki, Azərbaycan dilində məlumat az olduğundan bu dildə axtarış edərkən ola bilər ki, biz lazım olan məlumatı tapa bilməyək. Lakin ingilis və yaxud da rus dillərində axtarış verdikdə istənilən məlumat haqqında informasiya toplamaq mümkündür. Bu dilləri bilməyən şəxslər isə Azərbaycan dilinə yaxın olan türk dilində axtarışlar edə bilərlər və bununla da informasiya bir an içində onların əlində olur.
2020-ci ildə ölkəmizdə 81,1 faizi (8,26 milyon) internet istifadəçisi olmuşdur. Ölkə üzrə internet istifadəçilərinin sayı ötən ilə nisbətən 202 min nəfər, yəni 2,5 faiz artıb.
Son statistikalara baxanda görmək olar ki, Azərbaycanda orta internet sürəti nəinki dünyanın orta statistik göstəricilərindən, həmçinin də qonşu ölkələrdəki mövcud rəqəmlərdən aşağıdır.
Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB