“Barselona” ŞOKDA - qapıçısı sıradan çıxdı...

“Barselona” ŞOKDA -  qapıçısı sıradan çıxdı...

“Barselona”nın qapıçısı Joan Qarsiya sıradan çıxıb. "Goal" nəşrinin məlumatına görə, futbolçu təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

İspaniyalı qolkiper La Liqanın 7-ci turunda sentyabrın 19-da “Sevilya” ilə keçiriləcək oyunda iştirak etməyəcək. Onun beynəlxalq fasilənin sonuna qədər bərpa olunacağı gözlənilir.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə