Süni intellekt rədd edilən rəsm əsərinin orijinal olduğunu təsdiqlədi...
...Süni intellektdən istifadə edilən analiz, əvvəllər Mikelancelo Merisi da Karavadjionun “Lüt çalan” əsərinin surəti hesab edilən rəsmin həqiqiliyini təsdiqləyib.
SİA xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
Rəsm Nyu Yorkdakı Metropolitan İncəsənət Muzeyində saxlanılır; Tədqiqatçılar əvvəllər bunu bir replika hesab edirdilər. Bununla belə, İsveçrənin Art Recognition şirkətinin bu yaxınlarda apardığı araşdırma, rəsmin orijinal olma ehtimalının 85,7 faiz olduğunu göstərdi.
Qeyd edək ki, Art Recognition incəsənətin identifikasiyası şirkətidir. Şirkətin baş direktoru Karina Popoviçin dediyi kimi, “80 faizdən yuxarı olan hər şey çox yüksəkdir.
O da qeyd olunur ki, sözügedən rəsm üç versiyadan biridir. Birincisi Rusiyadakı Ermitaj Muzeyində, digəri Vildeynştein Qalereyasındadır və digəri əvvəlcə Qlosterşirdəki Badminton Evi üçün alınmışdır.
Bu sonuncu əsərin həqiqiliyi mübahisə mövzusu olmuşdur. 1990-cı ildə Metropoliten Muzeyinin Avropa Rəssamlığı Departamentinin rəhbəri Keyt Kristiansen bu rəsm əsərini replika, Vildeynştein versiyasını isə orijinal adlandırıb.
...Yeri gəlmişkən, Mikelancelo Merisi da Karavadjio 17-ci əsr Avropa rəssamlığını islah edən italyan rəssamı idi. O, inqilabçı rəssam hesab olunur. Onun əsərləri olduqca nadirdir - yalnız 60-a yaxın orijinal əsəri məlumdur.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə