DDOS hücumu olmayan gün mövcud deyil - Tural Məmmədov

Bu ilin birinci yarısında “AzStateNet” şəbəkəsi üzrə tətbiq edilən yeni nəsil mühafizə avadanlıqları vasitəsilə 262,920,000 (64 faiz azalma) zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 12,366,400 (5 dəfə artıb) və “Sandbox” mühafizə sistemi vasitəsilə isə 61,482 (63 fazi azalıb) zərərverici tərkibli elektron sənəd blok edilərək son istifadəçilərin yoluxmasının qarşısı alınıb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.

T.Məmmədov qeyd edib ki, cari ilin 6 ayı ərzində qarşısı alınmış DDOS hücumların ümumi həcmi – 300Tbps, həcmi 1 Gbps çox olan DDOS hücumların sayı isə 18 olub.

“Demək olar ki, DDOS hücumu olmayan gün mövcud deyil”, - deyə T.Məmmədov əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə