Messi şəxsi rekordunu yeniləyib

Argentina millisinin və Fransanın PSJ klubunun futbolçusu Lionel Messi UEFA Çempionlar Liqasındakı şəxsi rekordunu yeniləyib. SİA xəbər verir ki, 35 yaşlı hücumçu buna Portuqaliyada "Benfika"ya qarşı keçirilən qrup mərhələsinin III tur matçında fərqlənməklə nail olub.

22-ci dəqiqədə adını tabloya yazdıran təcrübəli forvard turnirdə qol vurduğu komandaların sayını 40-a çatdırıb.

Qeyd edək ki, ilk hissədən sonra qarşılaşmada hesab bərabərdir - 1:1.

Bütün xəbərlər Facebook səhifəmizdə