Əldə olunan nəticələr bizi qane edir - BAŞ MƏŞQÇİ AÇIQLADI

"V İslam Həmrəyliyi Oyunlarına Azərbaycan Güləş Federasiyası, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi tərəfindən hər bir şərait yaradılmışdı".

SİA xəbər verir ki, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Namiq Abdullayev deyib.

Baş məşqçinin sözlərinə görə, V İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçilərin əldə etikləri nəticələr bizi qane edir: " Bizi qarşıda güləş üzrə dünya çempionatı gözləyir. Çalışacağıq ki, İslam Həmrəyliyi Oyunlarındakı səhvləri aradan qaldıraq və dünya çempionatında daha yaxşı iştirak edək”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə