Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında kişi idman gimnastikası yarışları davam edir.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda ölkəmizi təmsil edən İvan Tixonov çoxnövçülükdə ikinci olub.
Komanda yarışlarında isə millimiz yarışı dördüncü pillədə başa vurub.
Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edir.
Oyunlar vaxtı 483 dəst medal sahibini tapacaq.
Qeyd edək ki, Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün Oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.
Bütün xəbərlər Facebook səhifəmizdə