V İslam Həmrəyliyi Oyunlarının açılışı keçiriləcək

Bugün saat 21:00-da, Konya Böyükşəhər Bələdiyyə Stadionunda, V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi baş tutacaq. SİA-nın "Haber 7"yə istinadən məlumatına görə, açılış mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və bir çox ölkədən dövlət adamlarının iştirakı ilə keçiriləcək.

Həmçinin, mərasimdə dünya şöhrətli musiqiçi Maher Zain konsert verəcək. Daha sonra açılış mərasimi yaddaqalan video xəritəçəkmə, dron və işıq şoularına səhnə olacaq.

Xatırladaq ki, Türkiyənin Konya şəhərində 9-18 avqust tarixlərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarına 56 ölkədən 4200 idmançı qatılıb.

Müəllif: Şiraslan

Bütün xəbərlər Facebook səhifəmizdə