FİDE bir qrup şahmatçıların titulunu rəsmi qaydada təsdiqləyib

Sloveniyadakı şəxsi Avropa çempionatında parlaq çıxışı ilə yadda qalan Gövhər Beydullayeva qadınlar arasında beynəlxalq qrossmeyster, Xəzər Babazadə isə beynəlxalq usta kimi qeydiyyatdan keçib. SİA xəbər verir ki, FİDE eyni zamanda Məhəmməd Muradlını beynəlxalq qrossmeyster kimi siyahıya daxil edib.

Qeyd edək ki, Məhəmməd Muradlı kişi şahmatçılar arasında müstəqil Azərbaycan tarixində 27-ci qrossmeyster kimi tarixə düşdü.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...