Azərbaycan çox dinamik ölkədir

"Dünənki Bakı Marafonunda da xüsusi qayğıya ehtiyacı olan insanlar birinci yarışa başladılar". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Bike UP& Down" lahiyəsinin təşkilatçıları olan Devi və Emili Sançis cütlüyü bildirib.

Cütlük bildirib ki, bu, inkişaf etmək üçün xüsusi bir addımdır: "Marafonda bir gənclə tanış olduq. O Fransız dilində bilirdi. Burdan da görünür ki, siz idmana və xüsusi qayğıya ehtiyacı olan insanlara önəm verirsiz. Bizim üçün dünənki Marafonda iştirak etmək böyük şərəf idi. Bizi axşam muğam konsertinə dəvət ediblər. Ümumilikdə isə bildirmək istəyirik ki, Azərbaycanda idmana böyük bir maraq var. Həmçinin burada idmana xüsusi diqqət və qayğı ayrılır. Azərbaycan çox dinamik bir ölkədir. Hətta deyərdik ki, Fransada belə bir dinamiklik yoxdur. Buna görə sizi xüsusi təbrik edirəm".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...