""Davam" hərəkatının ətrafında toplanan gənclər..." - DEPUTAT DANIŞDI

"1994-cü ildə Ümummilli liderimizin fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı. Müstəqillik illərində ilk yaranan nazirlik Gənclər və İdman Nazirliyi olub. Bu,ölkəmizin idmanımıza göstərdiyi diqqət və qayğının təzahürüdür". Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin bir neçə çıxışından sonra Azərbaycan gəncliyinə, idmanına daha da diqqət göstərilir. Qəbul olunan dövlət proqramları, rayon və region idman komplekslərinin istifadə edilməsi də ,həmçinin, dövlətin bu sahəyə göstərdiyi diqqətin təzahürüdür. Gəncləri yetişdirməkdə "Davam" hərəkatının rolu böyükdür. Vüqar İskəndərov fikirlərini belə izah edib: ""Davam" hərəkatı da ölkəmizdə yaradılmış bir neçə gənclik təşkilatlarından biridir. Bu təşkilat öz ətrafına xeyli sayda gənci toplayıb. O gənclər ki, təhsildə fərqlənirlər, öz vətənpərvərliyi ilə seçilirlər. Ona görə də, hesab edirəm ki, "Davam" hərəkatının ətrafında toplanan gənclər Azərbaycanın hərtərəfli inkişafına öz töhfələrini verən gənclərdir. Bu tədbirin hazırlanmasına uzun müddət sərf edilib. Bu tədbir respublikamızın rayonlarını və yüzdən çox kəndini əhatə edib. Bu məktəbi bitirmiş, məzun olmuş, bu məktəbdə iştirak etmiş şəxslər sözün əsil mənasında deyə bilərik ki, nələrsə, öyrəndilər, bildilər, həm də vətənpərvər gənc kimi yetişdilər. Azərbaycanın inkişafında bu gənclər bir əsgər kimi öz töhfələrini verməyə hazırdılar. "Davam" hərəkatı kimi təşkilatların ölkəmiz üçün böyük əhəmiyyəti var. Mən düşünürəm ki, bu təşkilat qarşıda daha uğurlu işlər görəcək, uğurlu layihələr həyata keçirəcək. İnanıram ki, bu təşkilatın ətrafına toplanmış gənclər ölkəmizin həm sosial, həm iqtisadi, həm gənclər təşkilatı sahəsində öz töhfələrini verəcək".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...