“Azərbaycan gəncliyi ilə çalışmaq böyük məsuliyyətdir" - MÜSAHİBƏ

SİA Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzovun müsahibəsini təqdim edir:

- Gənclər və idman sahəsində neçə ildir fəaliyyət göstərirsiniz?

- 21 ildir gənclər və idman sahəsində fəaliyyət göstərirəm. İlk fəaliyyətimə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində başlamışam.

- Niyə məhz Gənclər və İdman İdarəsi?

- Mənim uşaqlıq yaşlarından idmana həvəsim olmuşdur. Elə bu həvəs məni Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olmağıma səbəb oldu (baxmayaraq ki, tarix və cografiya fənlərini mükəmməl bilirdim). Akademiyada təhsil aldığım müddətdə tələbələrin özfəaliyyət dərnəklərinə qoşuldum, qısa zamanda Akademiyanın bütün tədbirlərini tələbə dostlarımla keçirməyə başladıq. Bu təşkilatçılıq bacarığımı görən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin rəhbər şəxsləri məni 3-cü kursdan rəsmi işə qəbul etdilər. O andan başlayaraq həyatımı Dövlət Gənclər Siyasətini həyata keçirməyə həsr etdim.

- Gənclərlə çalışmaq necə bir hissdir?

- Azərbaycan gəncliyi ilə çalışmaq böyük məsuliyyət, onların nailiyyətlərini görmək, yeni ideyalarla dolu maraqlı və şərəfli bir işdir. Gənclərlə çalışan hər bir dövlət məmuru, o cümlədən, mən də (gülür) yeni dövrə uyğunlaşmalı, müasir texnoloji bilikləri yiyələnməli, milli-mənəvi dəyərləri hər zaman ön planda tutaraq, tarixi keçmişimizi bilməli, dövlətçilik ənənənələrinə sahib olmalıdır. Bu sadaladığım amillərin əsas daşıyıcısı da, qoruyucusu da gənclərimizdir.

- Sizə görə könüllülük nə deməkdir?

- Könüllülük fəaliyyəti bir gəncin şəxsiyyət kimi formalaşmasında əsas amillərdən biridir. Bizim gənc nəslimiz könüllü olaraq, könüllülük fəaliyyətinə qoşulur, təcrübə, iş bacarığı, yeni dostlar qazanır, Vətənini, dövlətini daha da çox sevir, qoruyur və bununla qürur duyur.

- İctimai fəaliyyətin həyatınızda nə kimi rolu var?

- Bilirsiniz, mən əvvəl də qeyd etmişdim ki, mənim bütün ömrüm, 18 yaşdan gəncliyim ictimai fəaliyyətlə keçib. Artıq ictimai fəaliyyət məndə bir yaşam tərzidir. İctimai fəaliyyət bir mənəviyyat, bir məsuliyyət, bir şərəf işidir. Bir insan ki, düşünəndə onun artıq cəmiyyətdə yeri yoxdur, o insanın mənəvi olaraq sonu gəlmiş demək olar.

- İdmanla məşğul olmusunuz? Hansı növü ilə?

- Bəli, hər zaman. Mən məktəbdə oxuyan zaman əmim güləş üzrə SSRİ çempionu olmuşdur. Bu nailiyyət məndə güləş idman növünə böyük maraq yaratmış və bu idman növü ilə məşğul olmağa vadar etdi. Düzdür mən çempion ola bilməsəm də, Bakı şəhəri üzrə ikinci olmuşam. İndi isə böyük tennis, futbol idman növləri ilə məşğul oluram, mütəmadi olaraq sürətli yürüş edirəm.

- Nərimanov rayonunda idmanın inkişafını necə görürsünüz?

- İlk növbədə fürsətdən istifadə edərək 7 sentyabr 2021-ci il tarixində Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən Fərid Qayıbovun Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilməsi münasibtəti ilə Nərimanov rayon gəncləri və idman ictimaiyyəti adından təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq. Qeyd edim ki, dövlət başçısı tərəfindən təyinat günü vidoeformatda keçirilən qəbulda Cənab Prezidentin verdiyi tapşırıqlar sistemli şəkildə qeyd etdiyiniz sahə üzrə bizim üçün yol xəritəsidir. Həqiqətən, Cənəb Prezident çıxışında proqram xarakterli yanaşma sərgiləyərək birbaşa tapşırıqlarını verdi. Biz də öz növbəmizdə cənab nazirimizə bu yolda dəstək olmağa, verilən tapşırıqların layiqincə yerinə yetirilməsində əlimizdən gələni əsirgəməyəcəyik.

- Heç elə bir an olub ki, işinizdən bezmisiniz?

- Heç bir zaman olmayıb. Mən gənclər və idman sahəsini çox sevirəm. Mənim fikrimcə bütün sahələrdən çox maraqlı sahədir. Düşünürəm ki, yetişdirdiyimiz gəncə ilk növbədə Vətənini necə sevməyi öyrədirsənsə, idmançı gedib Beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəldir və Dövlət Himnini səsləndirir, bundan gözəl sahə varmı? Məlumat verim ki, bu gün rayon ərazisində yerləşən istənilən təhsil ocağına girin, orada ən gözəl güşəsində ən azı 3 nəfərin bizim İdarə tərəfindən təltif edilmiş diplomu asılmışdır. Mən rayonumuzada yerləşən bütün ali və orta ixtisas müəssisələrin rəhbərləri tərəfindən fəxri fərmanla təltif olunmuşam. Ən gənc yaşımda Cənab Prezident İlham Əliyev tərəfindən “Dövlət Qulluğunda Fərqlənmə” medalı ilə təltif olmuşam.

- Nərimanov rayonun ən fəal gəncləri kimlərdir və hansı fəallıqları ilə yadda qalır?

- Nərimanov rayonunda çalışdığım müddətdə rayonumuzun çox fəal gəncləri olub. Sevindirici haldır ki, bu gənclər həm Nərimanov rayonundan, həm də digər rayonlarından və regionlardan İdarəmizdə könüllü fəaliyyət göstərir. Könüllülk fəaliyyəti rayonumuzda mükəmməl şəkildə qurulub və həyata keçirlir. Əvvəlki sualları cavablandıraraq qeyd etdiyim kimi bizim İdarə ətrafında hal-hazırda 100 nəfərdən çox könüllümüz var və hər biri özlüyündə təcrübəli, Vətənini, millətini sevən, milli-mənəvi dəyərlərə malik gənc dostlarımızdır. Onları bir-birindən ayırmaq çox çətindər.

- Gənclərlə yaşadığınız ən maraqlı və yadda qalan an hansı olub?

- Yuxarıda qeyd etdiyim ki, bildirirəm ki, gənclərlə çalışmaq hər zaman maraqlı və yadda qalan həyat yaşamaq deməkdir. Bu gün milli vətənpərvərlik Azərbaycanın hər bir vətəndaşının, hər bir gəncinin həyatının əsas prinsipidir. Bu baxımdan 2020-ci ildə 44 günlük Vətən Müharibəsi zamanı gənc könüllülərimz hər zaman İdarəmiz ətrafında sıx birləşərək, hərtərəfli köməklik göstərmişlər. Son zamanlarda ən maraqlı və yadda qalan 2020-ci ilin noyabr ayında olan Zəfər günümüz olub. Bu qələbə həmişə yaddaşlarımızda qalacaq, sevinc göz yaşları ilə xatırlanacaq, qələbəni bizə bəhş edən qazilərimizə qayğımızı əsirgəmiyəcəyik, şəhidlərimiz əbədi olaraq yaddaşlarımızda qalacaq.

- Son olaraq gənclərə nə arzulayırsınız?

- Bu gün Azərbaycanda gənclərin fəaliyyətinə, özlərini inkişaf etdirməsinə və ölkənin ictimai həyatında birbaşa iştirakına hər cür şərait var. Bir çox nailiyyətlər əldə etmək isə gənclərin öz əlindədir. Azərbaycanda gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Azərbaycan gəncliyi qarşısında bir sıra mühim vəzifələr qoymuşdu. Elə bugünkü sağlam gəncliyimizin formalaşmasında da bu vəzifələrin müstəsna rolu var. Cənab prezident İlham Əliyev tərəfindən hər zaman gənclərin fəaliyyətinə yüksək diqqətin göstərilməsi, həyata keçirilən dövlət proqramları, yaradılan infrastruktur birbaşa olaraq ölkə başçısı tərəfindən gənclərə olan həssas münasibəti ehtiva edir. Mən də öz növbəmdə gənclərimizə yaranmış şəraitdən səmərəli istifadə etmək, dövlətimizə, millətimizə layiqli vətəndaş kimi yetişmək, milli-mənəvi dəyərləmizə sadiq qalmaq, vətənpərvər olmağı arzulayıram.

Bütün xəbərlər Facebook səhifəmizdə