Millimiz “ənənə”sini pozmadı, yəni uduzdu...

Millimiz DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, Canni de Byazinin baş məşqçisi olduğu komanda A qrupunun üçüncü turunda səfərdə Lüksemburqla qarşılaşıb. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qrupun digər oyununda isə Portuqaliya evdə İrlandiyadan üstün olub - 2:1.
Qeyd edək ki, millimiz bunadək Portuqaliyaya 0:1, Serbiyaya 1:2 hesabı ilə uduzub.

1 sentyabr
A qrupu
22:45. Lüksemburq – Azərbaycan - 2:1
Qollar: Pinto, 8 (1:0), Rodriqes, 28-pen. (2:0), Emin Mahmudov, 67 (2:1)
Baş hakim: İrfan Pelito (Bosniya və Herseqovina)
Lüksemburq. “Stad Lüksemburq”

22:45. Portuqaliya - İrlandiya - 2:1
Qol: Eqan, 45 (0:1), Ronaldo, 89 (1:1), Ronaldo, 90+6 (2:1)
"Estadio Algarve"

Bütün xəbərlər Facebook səhifəmizdə