Uels-Türkiyə azərkeşlərinin oyun öncəsi fikirləri - SORĞU

"Avro-2020"nin A qrupunda bu gün keçirilən 2 turun ilk oyununda Uels və Türkiyə milliləri Azərbaycanın paytaxtı Bakı şəhərində Olimpiya stadionunda qarşı-qarşıya gələcək. Oyun öncəsi SİA azərkeşlərin fikirlərini öyrənib.

CNN kanalının müxbiri Fulya Öztürk : "İlk öncə onu deyə bilərəm ki, dünən Şuşa şəhərində idim. Həqiqətən çox gözəl yerdi. Qarabağ döyüşləri zamanı hər kəs Şuşa, Şuşa deyirdi. Niyə Şuşanın bu qədər istəndiyini mən dünən Şuşaya gedərkən anladım. Şuşa tamam başqa bir yerdi. Qarabağın ən özəl yeri, havası, suyu və ümumiyyətlə hər bir şey orada çox fərqlidi. Orada olmaqdan çox qürur duydum. Bu gün də milli komandamızın Bakıda oyunu var və biz onu izləyəcəyik. Bu oyun üçün də ayrı həyəcan yaşayırıq. Milli forma tapa bilmədim amma bu gün qırmızı ağ rəng geyinmişəm və milli komandaya əlimizdən gəldikcə dəstək olacayıq. Oyunun təxmini hesabı 2-0 Türkiyənin qələbəsi ilə başa çatacaq. Bizim Prezidentimiz Rəcəb Tayyib Ərdoğan da oyunu stadiondan canlı izləyəcək. Maraqlı və gözəl bir qarşılaşma olmasını diləyirəm. Hər iki komandaya, ən çox isə milli komandamıza uğurlar arzu edirəm. İnşallah qələbə bizimlə olacaq".

"Çatalcaspor"un prezidenti Hasan Gökçe: "İki dövlət, tək millət. Biz Türkiyə üçün burdayıq. Azərbaycanda oyunumuzu oynamaqdan qürur duyuruq. Biz bu gün inanırıq ki, milli komanda qalib gələcək və bütün türk dünyasına qalibiyyəti hədiyyə edəcəyik".

Türk azərkeşi: "Mən Bakıya Türkiyənin Iğdır şəhərindən gəldim. Bura ikinci gəlişimdi. Türkiyədən heç bir fərqi yoxdu. Fikrimcə, bugünkü oyunu da 3-0 bir qalibiyyətlə qalib gələcəyik".

Türk azərkeşi: "Bakıya ilk gəlişimdi. Oyun üçün gəlmişəm. Oyun çox maraqlı olacaq. 2-0 bizim qələbəmizə inanıram. Ölkəniz çox gözəl ve səfalı bir yerdi".

Türk azərkeşi: "Azərbaycana ilk dəfədir gəlmişəm. Ölkəniz çox gözəldi. Bu gün də milli komandamız oynayır. İnanırıq ki, gözəl bir qələbə qazanacayıq və İtaliya məğlubiyyətini unudacayıq".

Xatırladaq ki, bu gün Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək "AVRO-2020" çərçivəsində Türkiyə-Uels oyunu keçiriləcək. Oyuna 25.000 mindən çox bilet satılıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə