Saraccinin menecerindən - ŞOK AÇIQLAMA

"Qalatasaray"la 1 il 6 aylıq icarə müqaviləsi bitən Marselo Saracci yenidən “Leypziq”ə qayıdıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Saracinin meneceri Marcelo Tejera, mətbuata açıqlama verib.

"Türkiyədən 1-2 təklif aldıq, amma oyunçum karyerasını İspaniyada və ya İngiltərədə davam etdirmək istəyir" deyə menecer qeyd edib. Meneceri Saraccinin uyğun bir təklif olarsa Premyer Liqada, olmazsa Bundesliqada karyerasını davam etməyi planlaşdırdığını bildirib.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...