Harry Kane ”Tottenhemdən”ayrılır

Tottenhemin ulduz hücumçusu Harry Kane gələcəyi ilə bağlı qərarını verib. İngiltərə Milli Komandası ilə Avro 2020 həyəcanını yaşayacaq ulduz, London komandasından ayrılmağa qərar verib. İngiltərə mətbuatında "Mançester Yunayted”, “Mançester Siti “və “Çelsi” kimi komandaların hücumçunun transferində maraqlı olduqları yazılıb. SİA-nın xarici mətbuta istinadən verdiyi məlumata görə, oyunçunun dəyəri 120 milyon Avro təşkil edir.

Bu mövsüm Premyer Liqada 33 matçda 22 qol vuran və ümumilikdə 243 oyunda 165 qol vuran Harry Kane bir çox klub tərəfindən maraq dairəsindədir. Transfermarkt saytında bazar dəyəri 120 milyon Avro olan Kane, İngiltərə A Milli Komandasında da 34 qol vurub. Harry Kane ilə müqavilə “Tottenhem”-da 2024-cü ilin yayına qədər davam edir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...