"Latsio" baş məşqçisi ilə müqaviləni yenilədi

İtaliyanın "Latsio" klubu baş məşqçi Simone İnzagi ilə yeni müqavilə bağlayıb.

SİA-nın "Laziali" nəşrinə istinadən məlumatına görə, bu barədə rəsmi açıqlama tezliklə veriləcək.

Yeni sözləşməyə əsasən, 44 yaşlı mütəxəssis ildə 2,4 milyon avro qazanacaq. Hazırkı sözləşmə 30 iyun 2021-ci ilədək nəzərdə tutulub. İnzagi klubla İtaliya Kuboku və Super Kubokunu qazanıb.

Qeyd edək ki, bu mövsüm "Latsio" İtaliya A Seriyasında 18 oyundan 31 xalla 7-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə