UEFA Azərbaycana qoyduğu qadağanı ləğv etdi

Azərbaycan artıq UEFA-nın bayrağı altında təşkil olunan oyunlara ev sahibliyi edə biləcək.

SİA xəbər verir ki, qitə futbol qurumunun İcraiyyə Komitəsi İkinci Qarabağ müharibəsi zamanı beynəlxalq matçların ölkədə keçirilməsinə dair oktyabrın 20-də qoyulan qadağanı ləğv edib.

Qeyd edək ki, qərar Azərbaycanla yanaşı, Ermənistana da şamil edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...