Marçello Lippi məşqçilik karyerasını başa vurub

Marçello Lippi məşqçilik karyerasını başa vurub

İtaliya millisinin sabiq çalışdırıcısı Marçello Lippi məşqçilik karyerasını başa vurub.

SİA İtaliya mətbuatına istinadən xəbər ki, bu barədə 72 yaşlı mütəxəssis açıqlamasında bildirib: “Məşqçiliyə qəti olaraq son qoymuşam. Ancaq futbolun içində digər vəzifələrdə çalışa bilərəm. Ancaq yaza qədər heç işləməyəcəm".

Qeyd edək ki, Lippi 1982-ci ildə məşqçiliyə başlayıb. O, karyerası ərzində "Siena", "İnter", "Napoli" və digər İtaliya klublarında çalışıb. Lippi 2016-cı ildə İtaliya millisi ilə dünya çempionu olub. “Yuventus”la iki dəfə İtaliya çempionu olub və bir Çempionlar Liqasının baş mükafatını qazandırıb. İtaliyalı mütəxəssisin son iş yeri Çin millisi (2016-2019) olub.

Bütün xəbərlər Facebook səhifəmizdə