Novruzovun formasını geyindiyi “Narva Trans” növbəti məğlubiyyətə üzülüb

Futbol üzrə Estoniya çemponatında 21-ci turun oyunları keçirilib.

SİA xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Tulevik”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

Novruzov da bu oyunun iştirakçısı olub. O, 71-ci dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 21 turdan sonra 20 xalla 7-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...