"Çelsi" klubunun rəhbərliyi transferlərə 100 milyondan çox funt sterlinq ayırıb

Çelsi" ən yaxın transfer pəncərəsində heyətini daha da gücləndirmək istəyir. SİA Britaniya mətbuatına istinadən xəbər verir ki, London klubu rəhbərliyi bunun üçün 100 milyondan çox funt sterlinq transferlərə ayırıb. Bildirilib ki, bu məbləğin böyük hissəsini "Çelsi" Dortmund "Borussiya"sından Ceydon Sançonu almaq üçün ayıracaq. Bundan başqa, klub "Lester"dən Ben Çilvelli heyətinə qatmağa çalışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...