UEFA Emreni cəzalandırıb - Neymarı itələdiyi üçün

UEFA Almaniyanın "Borussiya" (Dortmund) klubunun yarımmüdafiəçisi Emre Canı cəzalandırıb.

SİA xəbər verir ki, Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsi çərçivəsində Fransa PSJ-si ilə Parisdəki cavab matçında qırmızı vərəqə alan Türkiyə əsilli almaniyalı yarımmüdafiəçi 2 oyunluq diskvalifikasiya olunub.

26 yaşlı oyunçu sözügedən qarşılaşmanın 88-ci dəqiqəsində PSJ-nin hücumçusu Neymarı üzündən itələdiyi üçün meydandan qovulmuşdu.

Qeyd edək ki, "Borussiya" Dortmundakı ilk matçda (2:1) qələbə qazansa da, cavab görüşündə məğlub olaraq (0:2) ÇL-lə vidalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...