İsrafilovsuz "Albasete"dən qələbə və 3 xal

Futbol üzrə İspaniya 2-ci liqasında 29-cu turun oyunları keçirilib.

SİA xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” də növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda “Numansiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan əzmkar qələbə ilə ayrılıb – 2:1.

İsrafilov bu oyunun iştirakçısı olmayıb. O, bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Albasete” hazırda 33 xalla 22 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...