"Neftçi" "Səbail"lə oyunun hazırlığını davam etdirir - FOTOLAR

"Neftçi” PFK Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində qarşılaşacağı "Səbail” klubu ilə oyunun hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, komanda bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib. Məşqdən əvvəl komanda üzvləri 21 yaşı tamam olan futbolçu Elnur Cəfərovu təbrik ediblər. Milli komandaların düşərgəsində olan futbolçular hələlik "Neftçi”yə qoşulmayıblar.

Qeyd edək ki, "Neftçi” – "Səbail” matçı aprelin 2-də "Bakcell Arena”da baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə