U-19-un ilkin seçmə mərhələdə son oyunu

19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün son oyununu keçirəcək. SİA-nın məlumatına görə, futbolçularımız İrlandiyanın Ueksford şəhərindəki Ferrycarrig Park stadionunda Kipr yığması ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Xatırladaq ki, yığmamız seçmə mərhələnin ilk oyununda İrlandiya komandası ilə 0:0 hesablı heç-heçə edib, ikinci qarşılaşmada isə Serbiya yığmasına 1:4 hesabı ilə məğlub olub.

Bütün xəbərlər Facebook səhifəmizdə