Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Fərid Mansurov yığmanın dünya çempionatında çıxışından razı qalıb. SİA-nın məlumatına görə, ikiqat dünya və olimpiya çempionu qazanılan 1 qızıl və 1 bürünc medaldan sonra sevincini bölüşüb: "İlk yarış günündə Vitali Rəhimova ümidlərim böyük idi. Amma o bürünc medalla kifayətləndi. Əvvəlcədən demişdim ki, qızıl medalımız olmalıdı. Bu mənada Həsən Əliyevin qələbəsinə çox sevindik. Cari il onun üçün çox uğurlu oldu. Həm Avropa çempionu oldu, həm də dünya".
Bütün xəbərlər Facebook səhifəmizdə