Fərid Mansurov: “Vitali Rəhimova ümidlərim böyük idi” - MÜNASİBƏT

8 Sentyabr 2010 21:40 (UTC+04:00)
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Fərid Mansurov yığmanın dünya çempionatında çıxışından razı qalıb. SİA-nın məlumatına görə, ikiqat dünya və olimpiya çempionu qazanılan 1 qızıl və 1 bürünc medaldan sonra sevincini bölüşüb: "İlk yarış günündə Vitali Rəhimova ümidlərim böyük idi. Amma o bürünc medalla kifayətləndi. Əvvəlcədən demişdim ki, qızıl medalımız olmalıdı. Bu mənada Həsən Əliyevin qələbəsinə çox sevindik. Cari il onun üçün çox uğurlu oldu. Həm Avropa çempionu oldu, həm də dünya".