UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Kəpəz" – "Daçiya" oyununa baxmaq üçün Mərdəkana yollanacaq azarkeşlərin rahat şəkildə geri qayıtmağını təmin etmək məqsədilə 141 saylı marşrut avtobusunun iş qrafiki uzadılıb. SİA-nın məlumatına görə, Gəncə klubunun xahişi ilə 141 saylı marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsindən "Neftçilər" metrostansiyasının yanında gecə saat 23:00-a kimi işləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə