141 saylı avtobusun iş qrafiki uzadılıb Azarkeşlərin nəzərinə!

28 İyun 2016 14:16 (UTC+04:00)

UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək "Kəpəz" – "Daçiya" oyununa baxmaq üçün Mərdəkana yollanacaq azarkeşlərin rahat şəkildə geri qayıtmağını təmin etmək məqsədilə 141 saylı marşrut avtobusunun iş qrafiki uzadılıb. SİA-nın məlumatına görə, Gəncə klubunun xahişi ilə 141 saylı marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsindən "Neftçilər" metrostansiyasının yanında gecə saat 23:00-a kimi işləyəcək.