Məşhur şoumen Murad Dadaşov "Bakı" klubunun bazasına təşrif buyurub. Siasport.az saytı xəbər verir ki, oğul övladını "Bakı" futbol klubunun sıralarında görmək istəyən M.Dadaşov niyə, məhz, "Bakı" futbol klubuna üstünlük verməsi barədə fikirlərini belə ifadə etdi: "Bakı" futbol klubu sürətlə inkişaf edən bir ölkənin aparıcı klublarından biridir. "Bakı"nın özünəməxsus dəsti-xətti var, bu klub adı ilə seçilir. Klubun fəaliyyəti, görülən böyük işlər barədə çox eşitmişəm. Rəhbərliyin futbolçulara qayğısı və yüksək klub mədəniyyətindən xəbərdaram. Bilirəm ki, "Bakı"da böyük bir ailə anlayışı var. Burada heç kim diqqətdən kənarda qalmır. Uşaq futboluna olan diqqət, gənc nəslə olan hörmət mənim seçimimdə əsas rol oynadı. Oğlumu bu klubda görmək məni sevindirir. "Bakı"nın oyunlarını vaxt olduqca izləyirəm və klubun uğurları məni sevindirir. İnanıram ki, "Bakı" qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqli şəkildə gələcək.

Bütün xəbərlər Facebook səhifəmizdə